Fransanın daxili işlər naziri qızlarına görə istefa verdi

 

Fransanın daxili işlər naziri Brüno Le Ru istefa verib. İstefanın səbəbi ona qarşı öz qızlarına saxta əmək haqqı yazdırması ittihamıdır.

 

Fransa prokurorluğu nazirə qarşı istintaq araşdırmasına başlayıb. İddia olunur ki, Le Ru vaxtilə məktəbli və tələbə olan qızlarına parlamentdə özünün köməkçi vəzifələrinə rəsmiləşdirib. Qızların adına 2009-16-cı ilərdə qısamüddətli müqavilələr üzrə 55 min avro məvacib yzılıb. Brüno Le Ru daxili işlər naziri vəzifəsində 3 aydan bir az artıq idi çalışırdı.

Azadliq.org

11:41