Fransa Emmanuel Makronu seçdi

 

Fransada prezident seçkilərində ilkin proqnozlara görə, mərkəzçi Emmanuel Makron millətçi mühacirət əleyhdarı Marin Le Pen üzərində qələbə çalıb. Proqnozlara əsasən, Makron səslərin 64.9, Le Pen isə 34.1 faizini alıb.
 

Fransa seçiciləri bazar günü ölkənin müasir tarixində ən gərgin və mübahisəli seçkilər adlandırılan prezident seçkilərində səs verir. Müşahidəçilər seçkilərin ölkənin qlobalizasiya istiqamətini davam etdirəcəyi, ya Avropa İttifaqından xaricdə yeni yol tapacağını həll edəcəcyini bildirir. İş yerləri, mühacirət və təhlükəsizlik məsələlərinin üstünlük təşkil etdiyi seçkilərdə Fransa seçiciləri mərkəz-solçu biznes tərəfdarı Makron və Fransanın Avropa İttifaqından çıxmasını və xüsusilə müsəlman ölkələrindən mühacirətin qarşısının alınmasını istəyən Le Pen arasında seçim edir. Marin Le Pen onun mənsub olduğu mühafizəkar Milli Cəbhə partiyasının üstünlüyə malik olduğu Onen Bomo şəhərində səsvermə məntəqəsində səs verib. Makron əsas etibarilə şəhər yerlərində ölkənin kosmopolit təcrübəsi və qloballaşmanın təkcə qaçılmaz deyil, həm də gələcək inkişafın əsası olduğuna inanan seçicilər tərəfindən dəstəklənir. Le Penin mesajı isə əsasən gələcəyini kapitalizm və Fransa mədəniyyətinin dağılması təhlükəsi qarşısında görən seçicilərin dəstəyini tapıb. Onun elektoratının əsas hissəsi Fransanın şimal-şərqində zavodlar və fabriklərin bağlanması nəticəsində minlərlə iş yerlərinin itirildiyi yerlərdə cəmləşib. Fransada işsizlik səviyyəsi 10 faiz təşkil edir. Bu, Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir.
Qeyd edək ki, Fransada prezident seçkilərində seçicilər Emmanuel Makronu seçərək, Le Penin Avropa İttifaqı və mühacirət əleyhinə siyasətini rədd edib. İlkin nəticələrə görə, mərkəzçi Emmanuel Makron səslərin 62.3, millətçi mühacirət əleyhdarı Marin Le Pen isə 37.7 faizini alıb. Bazar günü səsvermə ölkənin müasir tarixində ən gərgin və mübahisəli seçkilər adlandırılan prezident seçkilərinin kulminasiyası idi. "Fransa üçün yeni və etibarlı bir səhifə açılır", deyə Makron bildirib. İlkinnəticələrin elan edildiyindən bir qədər sonra Le Pen Parisə retoranda tərəfdarlarına bildirib ki, o, Makrona zəng edib və məğlub olduğunu tanıyıb

Fransa üçün yeni və etibarlı bir səhifə açılır

"Fransa yeni prezidenti seçib. Onlar davamiyyətin leyihə səs veriblər. Mən Makrona zəng etdim, çünki mən Fransanın ən ümdə maraqlarını düşünürəm və mən ona ən xoş arzularımı bildirirəm", deyə Le Pen bildirib. İş yerləri, mühacirət və təhlükəsizlik məsələlərinin üstünlük təşkil etdiyi seçkilərdə Fransa seçiciləri mərkəz-solçu biznes tərəfdarı Makron və Fransanın Avropa İttifaqından çıxmasını və xüsusilə müsəlman ölkələrindən mühacirətin qarşısının alınmasını istəyən Le Pen arasında seçim edib.

Fransa yeni prezidenti seçib. Onlar davamiyyətin leyihə səs veriblər.Mən Makrona zəng etdim, çünki mən Fransanın ən ümdə maraqlarını düşünürəm və mən ona ən xoş arzularımı bildirirəm. ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində Fransada prezident seçkilərinin nəticələrinə reaksiya verərək, Makronu böyük qələbə münasibətilə təbrik edib və onunla işləməyi səbirsizliklə gözlədiyini bildirib.

 

Xudaferin.eu
Fransa, “Paris Bürosu”

09:25