Düşməndən qənimət götürülmüş yüzlərlə hərbi texnika qatarlarla Bakıya tərəf daşınır FOTO VİDEO

İkinci Qarabağ müharibəsinin gedişində ordumuzun düşməndən qənimət olaraq götürdüyü yüzlərlə hərbi texnika qatarlarla Bakı istiqamətində daşınır.

Xudaferin.eu Virtualaz.org-a istinadən  xəbər verir ki, qənimət hərbi texnikanı daşıyan qatarların fotoları sosial şəbəkələrdə yayılıb. Kadrlarda dəmiryol platformalarına yüklənmiş düşmən T-72 tankları, PDM-ləri, topları və digər hərbi texnikası görünür.

“Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə ərzində Ermənistan ordusunun 500 vahidə yaxın müxtəlif hərbi texnikası qənimət götürülüb”,-fotoya yazılan şərhdə deyilir.

Bu günlərdə prezident İlham Əliyev çıxışlarından birində deyib ki, düşməndən hərbi qənimət olaraq götürülən texnika Bakı ətrafında sərgilənəcək.

Xatırladaq ki, döyüş əməliyyatlarını gedişində ordumuz düşməndən qənimət olaraq götürülən hərbi texnikanın, o cümlədən tankların bir qismini Azərbaycan Silahlı Qüvvələrinin texnikasının rəngində boyararaq yenidən döyüşlərdə düşmənin özünə qarşı tətbiq etmişdi.

Xudaferin.eu

 

12:18