“Dövlət büdcəsindən görünməmiş həddə borc qaytarılıb”

 

“Söhbət 3 milyard manat ətrafında vəsaitdən gedir”

“Formal da olsa, sabah Parlament 2016-cı ilin dövlət büdcəsinin icrasına dair hesabatını səsverməyə çıxaracaq və qanun halında təsdiqləyəcək”. Bu barədə iqtisadçı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb. “Dövlət borclarının qaytarılımasına dövlət büdcəsindən Təminat Fondu vasitəsilə 820 milyon manat vəsait ayırlıb”

“Ümid edirəm ki, orada olan media təmsilçilərindən kimsə Maliyyə Nazirliyinin, Hesablama Palatasının, ən azı Milli Məclisin iqtisadi siyasət komitəsinin rəhbərliyindən qarşılarına kimsə çıxsa, çox vacib sualları soruşa bilərlər. 2016-cı ilin büdcə qanununda nəzərdə tutulmadığı halda, il ərzində dövlət borclarının qaytarılımasına dövlət büdcəsindən Təminat Fondu vasitəsilə 820 milyon manat vəsait ayırlıb. Həmin vəsaitin 137 milyon manatı dövlət şirkətlərinin (Azərsu, Azəreneri, Azərkosmos) xarici borclarının, yerdə qalan hissəsi isə dövlət şirkətlərinin Mərkəzi Banka olan daxili borclarının qaytarılmasına yönəldilib” - deyə iqtisadçı vurğulayıb.
 

“Təminat Fonduna ayrılan vəsaitlər dövlət büdcəsinə dair hesabatda “borcların qaytarılması” maddəsində əks olunmur”
 

Ağayev suallarını qeyd edib:
1. Təminat Fonduna dövlət büdcəsinin başqa xərc istiqamətlərindən vəsaitləri kəsib il ərzində borcların ödənilməsinə yönəldilərək "Büdcə sistemi haqqında" qanunun konkret olaraq hansı maddəsinə istinad edilib?
2. Niyə? Təminat Fonduna ayrılan vəsaitlər dövlət büdcəsinə dair hesabatda “borcların qaytarılması” maddəsində əks olunmur, həmin xərclərin qənaət edildiyi bölmələrdə (məsələn, sosial müdafiə) başqa ad altında göstərilir?
3. Təminat Fondunun idarə edilməsi qaydalarına (3.6 və 3.7-ci maddələr) görə, Fondun borcunu ödədiyi dövlət şirkətləri Maliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında həmin vəsaitləri Fonda bərpa etməlidirlər - müqavilələrə görə həmin vəsaitlər nə zamanadək qaytarılacaq”.
 

“Təkcə dövlət büdcəsinin Təminat Fondu vasitəsilə il ərzində 2 milyard manat borca vəsait yönəlib”
 

İqtisadçı nəzərə çatdırıb ki, 2016-cı ilin dövlət büdcəsində qənaət edilimiş 820 milyon manatla yanaşı, Təminat Fondunun özünün əvvəlki illərdən də toplanmış 1.5 milyard manata yaxın vəsaiti olub: “Bu vəsaitlərin də 1.2 milyard manatı borclara gedib. Nəticədə təkcə dövlət büdcəsinin Təminat Fondu vasitəsilə il ərzində 2 milyard manat borca vəsait yönəlib”.
 

“Bu məbləğlərin heç birinin Beynəlxalq Bank üçün ödənilən borclarla əlaqəsi yoxdur”

Ağayev əlavə edib ki, bu məbləğlərin heç birinin Beynəlxalq Bank üçün ödənilən borclarla əlaqəsi yoxdur: “Bu da yerdə qalan dövlət şirkətləri ilə bağlı borc ödənişləridir. Dövlət sektoru ölkənin maliyyə sistemini gerçəkdən çokdürür. İslahat olacaqsa, vaxt itirilmədən dövlət şirkətlərindən, ölkənin büdcə sisteminin menecmentindən başlamalıdır”.

“Bu qədər borc yükünə 17 milyard manatlıq kiçik büdcə necə dözsün?”

“Bir il ərzində büdcədən ödənilən borcların məbləği bununla da bitmir – “Ümumdövlət xidməti” bölməsindən Maliyyə Nazirliyi xarici dövlət borclarının qaytarılmasına 1.5 milyard manata qədər də vəsait yönəldib. Bu qədər borc yükünə 17 milyard manatlıq kiçik büdcə necə dözsün?” - deyə iqtisadçı sual edir.

Şamo
Hurriyyet.org

 

09:21