Dost itkisi

Uzun yolçuluqdan və ayrılıqdan sonra Niderlandda xoş əhval-ruhiyyə ilə doğmalarımın arasında idim...

Almaniyadan gələn acı xəbər məni sarsitdi.

Uzun illər vəfalı əqidədaşım və həmkarım, dayima sevincini dostlarla bölüşən, əli könlü açıq, əslən Qazaxıstandan olan alman əsilli dostum Waldemar Wildeis qəfil infakt keçirərkən gözlərini həyata əbədi yummuşdur.

Inanin özümə yer tapa bilmirəm... Ötən il onun 50 yaşını qeyd etmişdik...

Waldemar Wildeis'in bütün dostlarına və doğmalarına, həyat yoldaşı dəyərli Olga Xanima və gözəl övladlarının dərin hüznlə başsağlığı verirəm və bu ağır gündə yanınızda olduğumu bildirirəm.

Nur icində yat əziz dostum və qardaşım Valdemar. Allah sənə rəhmət eləsin.

Dərin hüznlə Elman Mustafazadə

Xudaferin.eu

16:48