Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar vəfat edib

 

Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar 65 yaşında dünyasını dəyişib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib.

U.Kuçkarın tərcüməsində xalq şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da özbək oxucularına çatdırılıb. Ötən il çap olunan “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır. “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası yaradılıb. Materialların tərcüməçiləri arasında Usman Kuçkar da var.

Xudaferin.eu
Özbəkistan. “Daşkənd Bürosu”

14:52