Daşkənddə “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda yazı müsabiqəsinə yekun vurulub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) keçirdiyi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanın və Özbəkistanın ali məktəblərinin, litsey və kolleclərin tələbələri, şagirdlər iştirak edib.

Müsabiqənin şərtlərinə görə yazılar AMM-də fəaliyyət göstərən komissiyaya Azərbaycan, özbək, rus və ingilis dillərində təqdim edilib.

Yazılarda Azərbaycan Xalq Cümhuriyyətinin uğurları, dövlətçilik və müstəqillik tarixində əvəzsiz rolu, həyata keçirilən böyük islahatlar və digər mövzular əhatə edilib.

Müsabiqədə birinci yerlər Azərbaycandan olan jurnalist Əli Əliyevə, Özbəkistandan isə Daşkənddəki 178 nömrəli orta məktəbin şagirdi Niqora İslamovaya, ikinci yerlər Daşkənddəki Hüquq litseyinin şagirdi Şazirizadbanu Səttarovaya və Koreya Mərkəzinin şagirdi Firuzə Yaqubovaya verilib.

Üçüncü yerlərə isə paytaxtdakı 147 nömrəli məktəbin şagirdləri Səid Xəlilov və Nilufər Ənvərova layiq görülüb.

Xudaferin.eu

13:32