Ceyhun Bayramov: Bölgədəki yeni reallıq regionun bütün potensialının istifadəsi üçün yeni perspektivlər vəd edir

Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından böyük rola malikdir. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardır.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının 9-cu üçtərəfli görüşündə deyib.

Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsi nəticəsində son illər regionda tarixi dəyişikliklər baş verib. Bölgədəki yeni reallıq regionun bütün potensialının istifadəsi üçün yeni perspektivlər vəd edir.

Xudaferin.eu

13:44