12 April 2024

Regionlarımızın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir

Ölkənin inkişafını regional komponentsiz təsəvvür etmək mümkün deyil. Ona görə ki, regional inkişaf ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri sayılır. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır.