10 April 2024

Xalaqızı manyaklığına son – Yerə girsin elə repertuarı

Yenə “Nar ağacı, nar çiçəyi, bir ulduzdur hər çiçəyi” mahnısını oxusaydı, şalvarının rənginə düz gələrdi, hesab etmək olardı ki, yaşı 60-a dirənmiş müğənni nəsə bir səhnə tərtibatı qayırıb.

 

Amma “Qarabağ bülbülləri”nin ən istedadlısı toyda geydiyi nar çiçəyi qırmızısı rəngli şalvarıyla “Oyna, ay xalamqızı” mahnısını oxuyur, arada improvizə edərək dayıoğlu, bibioğlu, əmoğlu, xalaoğlu kimi ikinci ranqdan olan qohum-əqrəbanı da ortaya salır.