09 April 2024

Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər müzakirə olunub

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib.