03 April 2024

Brüssel görüşü Ermənistana baha başa gələcək - ŞƏRH

Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-ın Brüsseldə keçirilməsi nəzərdə tutulan birgə görüşü ikili standartlara əsaslanmaqla həm qərəzlidir, həm də regionda sülhün, əmin-amanlığın təmin edilməsinə deyil, münaqişənin yenidən qızışdırılmasına, yeni müharibənin yaradılmasına hesablanıb. Bu, bilavasitə Azərbaycanın suverenliyinə təhdiddir. Ermənistanın tam dəstəklənməsi onun yenidən müharibəyə cəlb olunması deməkdir. Həmin hərəkətlərə görə sözsüz ki, Ermənistanla bərabər, Aİ və ABŞ-da məsuliyyət daşıyır.