03 June 2021

İstanbulda Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edən jurnal dərc olunub

Türkiyənin İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan–Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü və dəstəyi ilə “Dünden bugüne Azerbaycan Türkiye İlişkileri” ("Dünəndən bu günədək Azərbaycan–Türkiyə münasibətləri") adlı jurnal dərc olunub.

Kolumbiya mətbuatında Ermənistan hökuməti və erməni diaspor təşkilatlarının maliyyə qanunsuzluqları ifşa olunub

Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Las2Orillas” və “Ola Politica” qəzetlərində xarici ölkələrdəki erməni icma təşkilatları tərəfindən Azərbaycan ərazilərində mövcud olmuş qanunsuz rejimə və erməni silahlı birləşmələrinə yardım məqsədilə iri həcmli maliyyə ianələri toplanması haqda tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Müharibəni maliyyələşdirmək məqsədilə dələduzluq” başlıqlı məqalə dərc olunub.

"Avropada cəfəri məscidləri bizə ermənilərdən çox zərər vurur"

 

Elman Mustafazadə: "Qondarma "Artsax" deyilən saxta qurumun saxta prezidenti Avropaya gəlmişdi, demişdi ki, "İlham Əliyev hər gün mənim səhər yeməyimə kürü versə belə, o yenə mənə lazım deyil". Bu sözün üstündə biz gəncləri yığdıq, getdik Amsterdama və bunu çap edən "Metro" qəzetinin redaksiyasına ciddi etirazımızı bildirdik. Polislər işə qarışandan sonra sakitlik yarandı. O kimdir ki, mənim ölkəmin prezidentinin adını çəkir?"