05 February 2021

Həyəcan siqnalı...

Bu gün Sizə Dövlətimizin, Cəmiyyətimizin gələcəyi üçün, hamımızın taleyimizə təsir edən çox mühüm bir məsələ barədə qısa da olsa fikrimi açıqlayıram və bundan sonra bu mövzuda çoxlu yazılarım, çıxışlarım olacaq. Bu mövzuda Sizin hər birinizdən dəstək gözləyirəm. Çox vacib olan bir məqamı daim diqqətinizdə saxlamağı xahiş edirəm.

Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib

Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Sınaq ölkə ərazisində keçirilib və gözlənilən nəticə əldə edilib.
Nazirlik yeni sistemin müdafiə xarakteri daşıdığını və heç bir ölkəyə qarşı yönəlmədiyini bəyan edib.

Xudaferin.eu

Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək

Milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli prioritetlərin mütləq üstünlüyü. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin növbəti 10 il üçün təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramda öz əksini tapıb. Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarəolunmasında strateji planlamanın əsas hədəflərindəndir.

Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, erməni faşizminə də sarsıdıcı zərbə vurdu

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün dünyaya haqq işi uğrunda mübarizə apardığını nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında düşməni məğlub edərək ədaləti bərpa etdi, BMT-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi.
Bunu Xudaferin.eu.AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.