22 November 2020

Türkiyə Müdafiə Nazirliyi: “Körpələri qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb”

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

Xudaferin.eu APA-ya istinadən yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.