14 November 2020

Sabah Kəlbəcərin azad olunacağı gündür

Ermənilərdən ərazidən çıxarkən evləri yandırırlar; hərbi ekspert: “Rusiya və Türkiyə öhdəlik götürüb ki...”

Sabah - noyabrın 15-də ermənilərin Kəlbəcər rayonunu boşaltması üçün verilən vaxt başa çatır. BBC Azərbaycanın Kəlbəcər rayonundan qanunsuz məskunlaşan ermənilərin köçdüyünü göstərən reportaj hazırlayıb. Reportajda da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə götürürlər.

Rusiyalı ekspert: Ermənilərin tərk etdikləri ərazilərdə yalnız azərbaycanlılar yaşayırdı

Rusiya mətbuatında Qarabağdan çıxarılan ermənilərin evlərini yandırmağa başladıqları barədə məlumat yayılır. Bu məlumatda yalnız bir həqiqət var - həqiqətən ermənilər son 25 ildə yaşadıqları evləri yandırırlar. Lakin doğrudanmı fakt olaraq, özlərinə məxsus evləri yandırırlar?