15 June 2020

Torpaq işğalda, ana-bacı, körpələr çadırda, övladlar isə döyüşdə

Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

X.Natəvanın Belçikadakı abidəsi bərpa edildi

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini  mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su  çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

"Xudafərin" jurnalının əməkdaşı Ənvər Börüsoy suallarımızı cavablandırır

2015-ci ildən bu yana mədəniyyət nazirliyinin tabeçiliyində olan "Mədəniyyət" adlı qəzet daim mənə, yəni sənətşünas Ənvər Börüsoya qarşı dəfələrlə böhtan dolu yazılarla çıxış edib. Heç zaman onları məhkəməyə vermədim. Onlara cavab haqqım olan yazılarla çıxış etmədim. "Mədəniyyət" qəzetinin yazarları "bir tikə çörək" üçün mənə qarşı şər-şəmət yazanda bir qədər qürurlanırdım. Çünki, nazirliyin yarıtmaz işi ilə bağlı yazdıqlarımın həqiqət olduğuna daha çox inanırdım.

"Azərbaycan xalq hərəkatı onun xanım olduğu evdən başlamışdı” - Elçibəyin xanımı haqqında yazı

Düz bir il bundan öncə, 15 iyun səhər saat 7 radələrində, eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı, 92-93-cü illərdə ölkənin birinci xanımı olmuş Həlimə xanımın nəşini gətirən, Bakıdan xüsusi reyslə uçan təyyarə Naxçıvan hava limanına endi. Yorğun və üzgün sərnişinlər, yəni bizlər hava gəmisini tərk edərək çölə çıxdıq. Dərhal da, hərə bir tərəfə çəkilib, siqaretini alışdırdı. Sənədləşmə işlərinin bir neçə dəqiqə vaxt aparacağını bildiyimdən, bu vaxtdan istifadə edib, bizimlə bərabər gələn qonağı Həlimə xanımın oğlu Ərturqutla tanış edirəm.