"Sovet hökuməti harada qalmışdı ki, Eldar Mahmudovun dədə-babasında o qədər pul, sərvət qoya?"
11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinin Avropada təxminən 100 milyon avroluq - 200 milyon manata yaxın biznes imperiyası qurduqları ortaya çıxıb. Araşdırma Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə “onun ailə üzvləri ilə əlaqəli şirkətlər və daşınmaz əmlak biznesləri” barədədir. Bu əmlak və şirkətlərin hamısı demək olar ki, Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovaya aiddir.