09 June 2020

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"ndən Mədəniyyət naziri postuna təkliflər

İstənilən xalqın  ərazisi işğal  olunubsa, onu nə zamansa azad etmək olar, iqtisadiyyatı tamamilə dağlıbsa, nə vaxtsa bərpa etmək mümkündür. Ancaq, mədəniyyəti məhv olubsa, onu heç bir zaman geri qaytarmaq mümkün deyil.
Dövlət mədəniyyəti, siyasi mədəniyyət, insani mədəniyyət, sosial-ictimai mədəniyyət özümlü bir dəyərdir. Ancaq, incəsənət mədəniyyətin ən üstün zirvəsi deməkdir. Biz bunu itirəndə həm də dövlət və xalq kimi özümüzü itiririk.