05 June 2020

DÖYÜŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir…

Mühasirələr, əsirlik həyatı və savaş yadigarı mərmilərlə keçən ömür…

Xaqani Ədəboğlu

 Savaş qorxuncdur. Savaş ölüm, dağıntı gətirir. Amma Vətən əzizdir. Ana müqəddəsdir. Barış gözəldir. Bu əziz, müqəddəs və gözəl olanı qorumaq üçün savaş mütləqdir. Sülh istəyirsənsə, savaşmalısan, güclü olmağa məhkumsan. Biz savaş istəmirik, amma savaşa məhkumuq. Bunu belə bilin, bu ölkədə yaşamaq istəyənlər bu savaşı qazanmağa məcburdurlar…