21 March 2020

Almaniyanın bu əyalətində komendant saatı elan edildi

Almaniyanın Bavariya əyalətində bu gecədən komendant saatı elan edilib. Xeber.de-nin məlumatına görə, beləliklə Bavariya koronavirus pandemiyası ilə bağlı komendant saatı elan edən ilk federal əyalət olub. 13 milyonluq əhalisi ilə Almaniyanın ən vacib sənaye mərkəzlərindən biri olan Bavariya əyalətində bu gündən etibarən qüvvəyə minəcək komendant saatı 2 həftə davam edəcək. Bavariya federal əyalətinin baş naziri Markus Söder bununla bağlı açıqlamasında bildirib ki, bu qərarı vermək elə də asan olmayıb.