12 March 2020

Avropadakı soydaşlarımız "AzərRos"la bağlı E.Mustafazadənin mövqeyini öyrəndi

Bu günlərdə Polşada (Lehistan) səfərdə olan Avropada "Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri Elman Mustafazadə paytaxt Varşavada Azərbaycan icmasının üzvləri ilə görüşmüş və müxtəlif mövzularda fikir mübadiləsi aparmışdır. O cümlədən müzakirə mövzularından biri də Belçikanın Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm aktına dair olmuşdur. Fürsətdən istifadə edən E.Mustafazadə bu aktı pisləmiş və narahatçılığını ifadə etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın Belçikadakı səfiri hadisə yerində olmuş və polislərlə görüşmüşdür.