11 March 2020

Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib - Yunus Oğuzdan ŞOK açıqlama

Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyimiz günlərdə sözügedən faciə zamanı erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların sayının rəsmi rəqəmlərdən daha çox olduğu barədə fikirlər səslənir. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz da "OLAYLAR"-a verdiyi açıqlamada belə bir faktla rastlaşdığını deyib.