10 September 2019

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbirlər keçirilib

Sentyabrın ilk həftəsi Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədini daşıyır.

Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb.