08 September 2019

Ağa Musa Nağıyevin ölümündən yüz il keçir…

Məşhur Azərbaycan milyonçusu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin (1848-1919) ölümündən yüz il keçir… 

O, Bakıda nə az, nə çox 98 bina tikib. Biz, tarixə baş vuraraq, Musa Nağıyevin ziddiyyətli həyatı haqqında danışacağıq.

Xeyriyyəçinin həyatı barədə Oxu.Az-a ətraflı onun nəvəsi, publisist Dilarə Nağıyeva — Muxtarova danışıb.

Saman satan tacirin ailəsində dünyaya gələn milyonçu