12 March 2019

Bakı teatrlarının həftəsonu afişası zəngindir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Xudaferin.eu xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, dördü isə Azərbaycan dilində olmaqla beş səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər martın 15-də “Bir dəfə Bağdadda” (rus dilində) martın 16-da “O olmasın, bu olsun” və “Qodonun intizarında” tamaşalarına baxa biləcəklər.

Martın 17-də isə “Yatmış gözəl və cırtdanlar”, “Mən dəyərəm min cavana” tamaşaları təqdim olunacaq.

Bu il Hindistanda 605 nəfər H1N1 virusundan həyatını itirib

Donuz qripi kimi tanınan H1N1 virusu bu il Hindistanda 605 nəfərin ölümünə səbəb olub.

Xudaferin.eu xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyi 2019-cu ildə 19 mindən çox insanın bu virusa yoluxduğunu bildirib. Xəstəliyin ən çox yayıldığı Racəstanda 162, Qucaratda 118, Yeni Dehlidə isə 7 nəfər H1N1 səbəbindən həyatını itirib.

Xudaferin.eu

Simsiz qulaqlıqlar xərçəng riskini artırır

ABŞ-ın “Apple” korporasiyası 2018-ci ildə 29 milyon simsiz “AirPods” qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.

Xudaferin.eu xəbər verir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən “Bluetooth”, “Wi-Fi”, müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Gülüstan müqaviləsi - TAM MƏTN

Azərbaycanı bölən sənədin imzalanmasından 201 il ötür.

 

Bu gün Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən Gülüstan müqaviləsinin imzalanmasından 201 il ötür. 

Oxu.Az xəbər verir ki, 1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü.