06 March 2019

Ankarada “Nəsimi ili”nin açılışı olub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib.

Xudaferin.eu xəbər verir ki, nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Əvvəlcə qonaqlar Nəsimiyə aid kitab sərgi ilə tanış olublar.

Salome Zurabişvili: Prezident kimi regionda ilk səfərimi dost Azərbaycana etdim

Gürcüstan Prezidenti kimi regionda ilk səfərimi dost Azərbaycana etdim. Azərbaycanda gürcülərin yaşadığı bölgədə oldum.

Xudaferin.eu xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 6-da parlamentdə, deputatlar qarşısında çıxışı zamanı söyləyib.

Dövlət başçısı Azərbaycanda apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, Bakıda keçirdiyi görüşlərdə çox mühüm məsələlər müzakirə olunub.

Rusiyada ilk özəl kosmodrom tikiləcək

Nijeqorod vilayəti və “Kosmokurs” kompaniyası Rusiyada ilk özəl kosmodromun tikintisi barədə müqavilə imzalayıb.

Xudaferin.eu Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmin kosmodromdan suborbital turist raketlərinin fəzaya buraxılacağı planlaşdırılır. Uçuşlar təxminən 15 dəqiqə davam edəcək. Turistlər həmin vaxtın demək olar ki, 30 faizini çəkisizlik şəraitində keçirəcək. Biletin qiymətinin 200-250 min dollar olacağı gözlənilir.

Bakı 14 ildən sonra yenidən bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası ilin ən önəmli yarışlarından birinə hazırlaşır. Bakı 14 ildən sonra – sentyabrın 16-22-də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Xudaferin.eu federasiyaya istinadla xəbər verir ki, zərif gimnastlar Milli Gimnastika Arenasında 1 həftə boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq.

Mərakeş Qran-Prisində Azərbaycanı bir cüdoçu təmsil edəcək

Martın 8-dən 10-dək Mərakeşdə keçiriləcək kişilər və qadınlar arasında Qran-Pri turnirində Azərbaycanı 1 cüdoçu təmsil edəcək.

Xudaferin.eu Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışlarda yığmamızın üzvü Aleksandra-Larisa Florian (52 kq) qüvvəsini sınayacaq.

Nüfuzlu turnirdə 71 ölkədən 500-ə yaxın cüdoçunun iştirakı gözlənilir.

Görkəmli kinorejissor Vaqif Mustafayev beynəlxalq festivala jüri rəhbəri kimi dəvət alıb

Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq Film Festivalında jüri sədri kimi dəvət olunub.

Xudaferin.eu xəbər verir ki, mayın 12-də başlayacaq festivalın jüri heyətinə dünyanın müxtəlif ölkələrindən tanınmış kino xadimləri qatılacaq.

Qeyd edək ki, ötən il də sözügedən festivala dəvət alan V.Mustafayev işlərin çoxluğunu nəzərə alaraq bu təklifi qəbul edə bilməmişdi.

Buna baxmayaraq, festivalın təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu festivala dəvət edib.

Xudaferin.eu

Görkəmli kinorejissor Vaqif Mustafayev beynəlxalq festivala jüri rəhbəri kimi dəvət alıb

Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq Film Festivalında jüri sədri kimi dəvət olunub.

Xudaferin.eu xəbər verir ki, mayın 12-də başlayacaq festivalın jüri heyətinə dünyanın müxtəlif ölkələrindən tanınmış kino xadimləri qatılacaq.

Qeyd edək ki, ötən il də sözügedən festivala dəvət alan V.Mustafayev işlərin çoxluğunu nəzərə alaraq bu təklifi qəbul edə bilməmişdi.

Buna baxmayaraq, festivalın təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu festivala dəvət edib.

Xudaferin.eu

Ölkəmiz Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu 20-dək turizm şirkətinin iştirak etdiyi Almaniyada “İTB Berlin 2019” turizm sərgisində ölkəmizi təmsil edir.

Martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kvadratmetrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub.

Yunanıstan demoqrafik problemlərlə üzləşə bilər

Yunanıstan parlamentinin xüsusi komitəsi ölkədə demoqrafik problemlər barədə məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkə əhalisinin sayı 2050-ci ilə kimi 10,9 milyon nəfərdən 8,3 milyon nəfərə kimi azalacaq. Əgər əhalinin artımı ilə ölüm və miqrasiya arasındakı fərq hazırkı kimi davam edəcəksə, ölkə əhalisinin sayı kəskin azalacaq.