09 December 2018

Ermənistanda parlament seçkiləri başlayıb

Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Xudaferin.eu xəbər verir ki, yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.

Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər

Britaniyanın baş naziri Tereza Mey “Brexit” şərtləri ilə bağlı artıq hökumətlə razılaşdırılmış saziş üzrə İcmalar Palatasında üzümüzə gələn çərşənbə axşamı planlaşdırılan prinsipial səsverməni, gözlənildiyi kimi daha gec müddətə təxirə sala bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumət üzvləri və köməkçilərin gözləntilərinə görə, Mey nəzərdə tutulmuş səsverməni təxirə salacağını bazar günü elan edəcək.

Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb

Ötən sutka ərzində Suriyaya 1938 qaçqın qayıdıb.

Xudaferin.eu xəbər verir ki, Livandan "Ceydet-Yabus", "Tel-Kalah" və "Zemrani" buraxılış məntəqəsindən 1357 qaçqın (407 qadın, 692 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 581 qaçqın (174 qadın, 296 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 215 Suriya vətəndaşı qayıdıb.

Xudaferin.eu

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

OPEC-in Vyanada keçirilən iclasında Özbəkistan, Çad, Cənubi Afrika Respublikası və Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu alıb.

Xudaferin.eu xəbər verir ki,bu haqqda Özbəkistan mətbuatı xəbər verir. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Məzrui məlumat verib.

Xatırladaq ki, OPEC 1960-cı ildə yaradılıb və dünyada çıxarılan neft ehtiyatlarının 80 faizinə nəzarət edir. Dünya neftinin 40 faizindən çoxu OPEC-in üzvü olan ölkələrdə istehsal edilir.

Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb".

Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfər iştirak edib.