07 December 2018

Azərbaycanlı jurnalist "Bakını "İsgəndərlərlə " vurmaq lazımdır" deyən rus politoloqu İFŞA ETDİ - VİDEO

Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Həsənov rusiyalı politoloq Vladimir Evseevin bir neçə gün bundan əvvəl səsləndirdiyi "Bakını "İsgəndərlərlə " vurmaq lazımdır" kimi cəfəng bəyanatına cavab verib.

Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq

Qəbir yerlərinin ayrılmasına görə ödənişlər barədə qərar verilib.

Oxu.Az-ın məlumatına görə, bu, təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulub.

Qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.

Seçki Məcəlləsinə dəyişiklik ikinci oxunuşdan keçdi

Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılır.

Xudaferin.eu-nun  xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir və məsələ parlamentin bugünkü iclasının ikinci oxunuşunun müzakirəsinə təqdim edilib.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Azərbaycanda xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.

Bayram yarmarkasının günləri və yeri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb. 

Xudaferin.eu xəbər verir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək. 

“Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib. 

Xudaferin.eu

“Azərpoçt” “Rusiya poçtu” ilə memorandum imzaladı

“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Xudaferin.eu xəbər verir ki, məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.