04 December 2018

İran yeni raketlərini sınaqdan keçirir - Çəkinmək lazımdırmı?

İstənilən ölkə silahlı qüvvələrini gücləndirmək və bunun üçün də müvafiq işlər aparmaq hüququna malikdir. Cənub qonşumuz istisna deyil. Ancaq bu məsələdə çox vacib məqam var. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir CəfərovKİV-də yayımlanan İranın yeni ballistik raketləri sınaqdan keçirməsi ilə bağlı yayılan informasiyaları şərh edərkən deyib. 

Onun sözlərinə görə, Tehran bu sınaqların riskləri barəsində yaxşı məlumatlıdır.

Məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaqlar

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə “Ümumi təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.

Qanun layihəsi beş fəsil və 33 maddədən ibarətdir.

Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”.

Xudaferin.eu

Təhsil müəssisələri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər

Ölkədə ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Bu barədə məsələ Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Venesuela prezidentindən Ərdoğana incə jest - FOTO

Venesuelada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük sevgi və hörmətlə qarşılanıb.

Xudaferin.eu “Yeni Şafak” qəzetinə istinadən məlumat verir ki, rəsmi qarşılanma mərasimində venesuelalı əsgərlər “İstiqlal Marşı”nı türk dilində oxuyublar.

Qarşılanma mərasiminə əllərində türk bayraqları olan uşaqlar da qatılıb. Külək uşaqlardan birinin əlindəki türk bayrağını yerə salınca Venesuela prezidenti əyilib, türk bayrağını götürməklə Ərdoğanın və türklərin könlünü fəth edib.