02 November 2018

Eksklüziv: Fariz Məmmədov erməni boksçunu İrəvanda döyüşə çağırdı – Video

Azərbaycanın ilk, tanınmış peşəkar boksçusu Fariz Məmmədov Rusiyanı təmsil edən erməni idmançı David Avanesyana meydan oxuyub.

Döyüşkənliyi, mübarizliyi, qorxmazlığı ilə seçilən Avropa və dünya çempionumuz, çəkinmədən rəqibini İrəvanda döyüşə çağırıb. Bu haqda peşəkar boks qarşılaşmalarının təşkilatçısı Aleksey Titov məlumat verib.

Tanınmış promouter, Fariz Məmmədovun uğurlarını qabardaraq, iki il əvvəl karyerasını başa vurmasına baxmayaraq, yenidən rinqə qayıdıb erməni idmançıyla döyüşmək istədiyini bəyan etdiyini bildirib.