10 September 2018

Gömrükdə siqaret əməliyyatı - FOTO

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21070” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama nəticəsində avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az

Astarada ağac qətliamı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.

Əfqanıstanda partlayış: 3 ölü, 14 yaralı

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze partlayış törədib.

Xudaferin.eu xəbər verir ki, terrorçunun Əfqanıstanın tanınmış hərbçilərindən olan Əhməd Şah Məsusunun ölümün birinci ili səbəbilə yürüş edənləri hədəf aldığı bildirilir.

Özünü partlamağa hazırlaşarkən zərərsizləşdirilən terorçu 14 nəfərin yaralanmasına və 3 nəfəri həyatını itirməsinə səbəb olub.

Xudaferin.eu

Dağıstanın yeni rəhbəri seçildi

Dağıstan parlamentinin deputatları səs çoxluğu ilə Vladimir Vasilyevi Respublikanın rəhbəri vəzifəsinə seçiblər.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadən məlumatına görə, onun namizədliyini 86 deputatdan 77-si dəstəkləyib.

Vasilyevdən əlavə beş deputat Davdiyevə, daha dörd deputat isə Mahmudova səs verib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Dağıstan Xalq Məclisinə Respublikanın rəhbəri vəzifəsinə Vladimir Vasilyev, Kamil Davdiyev və Mahmud Mahmudovun namizədliyini irəli sürüb.

Xudaferin.eu

Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb

Bakıda “Gənclik” metrostansiyasında səhər saat 4-dək kağız salfet almağı xahiş edən 12 yaşlı oğlan reabilitasiya proqramına cəlb olunub.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

“Biz uzun müddət “Mcdonalds” restoranının yaxınlığındakı həmin uşağı müşahidə etmişik və müəyyənləşdirmişik ki, o, tək deyil, böyüklər tərəfindən təqib edilir. Bu adamlar onun qohumlarıdır. Uzun müddət müşahidə edəndən sonra oğlanın yanına getmək qərarına gəldik”.

Almaniya Suriyaya zərbə vurmaq fikrinə düşdü

Almaniya ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə Suriyaya zərbə endirmək məsələsinə yenidən baxır. Bu məsələ Vaşinqtonun xahişi ilə Almaniya Müdafiə Nazirliyində müzakirə edilir. 

Xudaferin.eu-nun məlumatına görə, bununla bağlı “Bild” nəşri öz mənbəsinə istinadla xəbər yayıb. 

Müdafiə naziri Ursula fon Layyen qeyd edib ki, prezident Bəşər Əsədə sadiq qüvvələrin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməsi halında hücumlar həyata keçiriləcək. 

Parisdə əfqan bıçaqla fransızlara hücum etdi

Parisdə əfqanıstanlı miqrantın bıçaqla ətrafdakılara hücum etməsi nəticəsində yeddi nəfər xəsarət alıb. 

Xudaferin.eu “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, hadisə Parisin 19-cu dairəsində yerli vaxtla saat 22:45-də baş verib. 

Əvvəlcə cinayətkar MK2 kinoteatrına gələn şəxslərə xəsarət yetirib. 

Daha sonra əfqanıstanlı gənc onun fikrini yayındırmağa çalışan petank oynayan fransızlara hücum çəkib. 

Bundan sonra o, Anri Noqer küçəsində iki britaniyalı turistə də xəsarət yetirib.