04 August 2018

Türkiyədə polis maşını partladıldı: Bir şəhid, səkkiz yaralı var

Türkiyədə növbəti terror aktı törədilib.

Xudaferin.eu-nun xəbərinə görə, terrakt PKK-lı terrorçular tərəfindən Hakkari şəhərinin Yüksəkova qəsəbəsinin Çobanpınar kəndi yaxınlığında törədilib.

Gecə saatlarında PKK-lı terrorçular tərəfindən yola döşənmiş minaların üstündən keçən zirehli polis avtomobilinin partlaması nəticəsində doqquz polis əməkdaşı ağır yaralanıb.

Həmin polislərdən biri Yüksəkova xəstəxanasına aparılsa da, şəhid olub.

Digər səkkiz polisin müalicəsi isə  davam etdirilir.

Güləşçimiz Avropa çempionatında medal qazanıb

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Xudaferin.eu xəbər verir ki, çempionatda gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb.

Güləşçilərimizdən yalnız biri qitə çempionatını medalla başa vurub. 53 kq-da mübarizə aparan Tatyana Vorontsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.

Çində yol hərəkəti qaydalarına dronlar “nəzarət” edəcək

Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək və idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə alacaq dörd multikopter rəsmən fəaliyyətə başlayıb.

Xudaferin.eu xarici mediaya istinadən xəbər verir ki, pilotsuz uçan aparatlar fəaliyyətə başladıqdan yarım saat sonra idarəetmə zamanı beş mobil telefondan istifadə hadisəsi qeydə alınıb.

Rusiyada helikopter qəzası: 18 ölü - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Xudaferin.eu xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib.

Hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısının öldüyü bildirilir. Ölənlərin 15-i sərnişin, üçün ekipaj üzvü olub. Faktla bağlı araşdırma başlanıb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi güman edilir.

Xudaferin.eu


 

Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu

Böyük Britaniyada məhkəmə İŞİD-in gənc üzvü olan qıza hökm oxuyub.

Xudaferin.eu “Sky News”a istinadla xəbər verir ki, 18 yaşlı Safa Bular ömürlük həbs cəzasına məhkum edilib. O, yalnız 13 ildən sonra əfv olunması haqqında müraciət edə bilər.

Nəşrin yazdıqlarına əsasən, gənc qız məktəb imtahanlarına hazırlaşdığı zaman İŞİD yaraqlısı Navid Hüseyn tərəfindən terror qruplaşmasına cəlb edilib.