02 August 2018

Rusiya alimləri meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar ediblər

Rusiya alimləri Sibirə düşən meteoritin tərkibində brilyantdan daha sərt mineralın kəşf edildiyini bildiriblər.

Xudaferin.eu “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinın Geologiya İnstitutu, Ural və Novosibirsk universitetlərində görkəmli alimlərin araşdırdığı meteoritin tərkibində “uakitite” adı verilən və brilyantdan daha sərt mineral aşkarlanıb.

Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb.

Xudaferin.eu xəbər verir ki, onun rəqibləri postsovet təmsilçiləri olub. 

Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.

Rusiya və Azərbaycan Xəzərlə bağlı razılaşma imzalayacaq

Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, baş nazir Dmitri Medvedevin müvafiq sərəncamında bununla bağlı danışıqlar aparmaq və saziş imzalamaq tapşırılıb.

“Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq tapşırılsın”, - sənəddə deyilir.

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.

Xudaferin.eu xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçilərimiz yarış gününü bir qızıl medalla başa vurub. 

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə(72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. 

Mobil cihazların qeydiyyatı ilə bağlı yeni - RÜSUMLAR

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri açıqlanıb. 

Xudaferin.eu xəbər verir ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul olunub. 

Qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Ağsu və Şamaxıda meşə yanır—FOTO

Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

Bu barədə Oxu.Az-a ETSN-dən məlumat verilib.

Avqustun 1-də, saat 22:00-da başlayan yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.

Fransa məktəblərində smartfonlar qadağan edildi

Fransada məktəblilərin dərs vaxtı smartfonlardan istifadəsini qadağan edən qanun layihəsi qəbul edilib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “The Verge” nəşri məlumat yayıb. 

Yeni qaydalar 2018-ci ilin sentyabrından etibarən qüvvəyə minəcək və internetə çıxış imkanı olan bütün elektrik avadanlıqlarına – planşet, noutbuk, smartfon və s. aid ediləcək. 15 yaşadək məktəblilər elektrik cihazlarını ya evdə qoymalı, ya da dərsin sonunadək bağlı saxlamalıdır. 

Umayra Tağıyevaya yeni vəzifə verildi

Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Xudaferin.eu xəbər verir ki, U.Tağıyeva 2018-ci ilin may ayından etibarən həmin şöbənin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri vəzifəsində çalışırdı.

Xudaferin.eu