12 June 2018

Azərbaycanda bu qanunlar dəyişdirilir

Milli Məclisin (MM) növbədənkənar iclasında bir sıra qanunlara dəyişikliklər məsələsi müzakirə edilib və sənədlər barədə parlament sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov məlumat verib.

Xudaferin.eu-nun xəbərinə görə, o, qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

Onun sözlərinə görə,  “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulur.

Tehran: Tramp və Ruhaninin görüşü mümkün deyil

Şimali Koreya lideri Kim Çen Inın ABŞ prezidenti ilə görüşməsinə baxmayaraq, İran prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Donald Trampla görüşü mümkün deyil və baş tutmayacaq. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri Nakvi Xoseyni deyib. 

“ABŞ özü İranla münasibətləri pozdu, onlar nüvə razılaşmasından çıxdı və Tehrana qarşı sanksiyalar irəli sürdü. Hesab edirəm ki, Ruhani və Tramp görüşü mümkünsüzdür və bu, baş verməyəcək”, - o qeyd edib. 

Yağmurlu hava davam edəcək

Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Bu şəxslər Hindistana vizasız gedəcəklər

Milli Məclisin (MM) növbənkənar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Xudaferin.eu xəbər verir ki, qanun layihəsi barədə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Bakı Aeroportunun sərnişin dövriyyəsi artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur.  

Xudaferin.eu xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşür. 

1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın, 13 faizi  isə “Buta Airways”in payına düşür.  

Balakəndə körpülər uçub, yollar dağılıb

Ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.

Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

ABŞ koalisiyası Suriyada kəndi bombaladı: Ölənlər var

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Əl-Xasake vilayətinin cənub-şərqindəki Tall əş-Şayir şəhərinə zərbələr endirib. 

Xudaferin.eu “Sana” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb. 

Bu, Əl-Xasake vilayətində son aylar dinc sakinlərin həlak olması ilə nəticələnən ilk hadisə deyil. 

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı – FOTO

Voleybol üzrə Azərbaycan milli komandasının hücumçusu Polina Rəhimova İtaliyanın “Pomi” klubuna keçib. 

Xudaferin.eu xəbər verir ki, Özbəkistan doğumlu voleybolçumuz İtaliya klubu ilə bir illik müqaviləyə imza atıb.

Polina Rəhimova və bu klubun digər yeni transferi Valentina Arriqetti ictimaiyyətə təqdim olunub. Rəhimova keçidi ilə bağlı bunları bildirib: 

“Burada olduğuma görə şadam. Çəhrayı rəngi çox sevirəm. Azarkeşləri bizi dəstəkləməyə çağırıram”.

Xudaferin.eu

Tramp Pxenyana getməyi vəd etdi

ABŞ prezidenti Donald Tramp uyğun vaxtda Pxenyana səfər etməyə söz verib, Şimali Koreya lideri Kim Çen In isə Sinqapurda ABŞ-Şimali Koreya sammitinin sonunda Ağ Evin rəhbərinin dəvətini qəbul edib. 

Xudaferin.eu xəbər verir ki, Pxenyana nə vaxt səfər edəcəyi ilə bağlı suala Tramp “uyğun vaxtda” cavabını verib. 

“Biz Kimin nümayəndələrini uyğun vaxtda Ağ Evə dəvət edirik. Və o, dəvəti qəbul etdi”, - Tramp deyib.  

Xudaferin.eu

100 ilin ən uzunmüddətli Ay tutulması baş verəcək

İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsini müşahidə etmək mükün olacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat verib.

Məlumatda bildirilib ki, 15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 milyon kilometr) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Azərbaycanın xarici borcları açıqlandı

Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.

Maliyyə Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib.

Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla, adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir. 

Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

Deputat: "Dərslərin iyunun 15-nə qədər uzaldılması nə deməkdir?"

Məktəblərdə dərslərin iyunun 15-nə qədər uzaldılması nə deməkdir? Buna nə ehtiyac var?

Xudaferin.eu xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, xüsusilə də aşağı siniflərdə oxuyan uşaqların, şagirdlərin dərslərinin iyunun 15-nə kimi uzaldılması düzgün deyil:

“Biz millət vəkilləriyik, artıq növbədənkənar iclasları nəzərə almasaq, tətilə çıxmış sayılırıq. Amma uşaqlar hələ də istidə məktəbə gedirlər. Bunun təhsilə, həmin uşaqlara nə xeyri var?!

Deputat: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir

Millət vəkilindən təhsil nazirinin iki müavininə sərt etiraz gəlib.

Xudaferin.eu-nun xəbərinə görə, millət vəkili Elşən Musayev parlamentdəki çıxışı zamanı orta məktəblərdəki problemlərdən, Təhsil Nazirliyinin bu problemlərə laqeydliyindən şikayətlənib:

“Orta məktəblərimizdə problemlər qalır. Şəxsən mən hər gün övladımla məktəbə getməli oluram. Çünki çantası çox ağırdır, daşıya bilmir. Eyni zamanda, məktəblərdə “Fondpulu” deyilən məsələ hələ də qalmaqdadır. Desələr də ki, belə bir şey yoxdur, yalan deyirlər.

ABŞ-dan TANAP-a dəstək

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk 
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bölgəyə verəcəyi töhfəni dəyərləndirib. 

Xudaferin.eu Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Oudkirk layihənin Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsi olduğunu vurğulayıb.

O bildirib ki, TANAP-ın regional enerji bazarlarında rolu əhəmiyyətlidir: