09 June 2018

Seysmoloji mərkəz: Afterşoklar davam edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir.

Bunu Oxu.Az-açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək: 

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Somalidə ABŞ xüsusi təyinatlısı öldürülüb

Somalidə “Əş-Şabab” qruplaşmasının hazırladıqları pusqu zamanı bir amerikalı xüsusi təyinatlı hərbi qulluqçu ölüb, daha dördü isə yaralanıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı məlumat yayıb.

Hadisə ötən cümə günü baş verib. Amerika xüsusi təyinatlıları Afrikanın ən kasıb ölkələrinin birinin şərqində yerli ordunun yaraqlılara qarşı reydinə dəstək verirdi.

ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı

Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Bəyannamədə 1917-ci il Rus inqilabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Xalq Cümhuriyyətini qurduğu bildirilir.

Husilər Səudiyyə Ərəbistanına raketlərlə hücum edib

Səudiyyə Ərəbistanı Yəmən ərazisindən növbəti dəfə raket hücumuna məruz qalıb.

Xudaferin.eu “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, bu haqda ərəb koalisiyasının komandalığı məlumat yayıb.

Səudiyyə hava hücumundan müdafiə qüvvələri düşmənin iki ballistik raketini zərərsizləşdirib.

Raketlərin Husi üsyançıları tərəfindən Nəcran şəhəri istiqamətində buraxıldığı bildirilir.

Xudaferin.eu

Tramp Belarusa qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp bır sıra Belarus vətəndaşları və dövlət məmurları barəsində 2006-cı ildə tətbiq olunmuş sanksiyaları bir il müddətinə uzadıb.

Xudaferin.eu “İzvestiya” ya istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar 2006-cı ilin mart ayında “demokratik proseslərə və institutlara əngəl yaradan şəxslər” barəsində qəbul olunub.

Xudaferin.eu

Çinli hakerlər ABŞ sualtı qayıqlarının layihələrini oğurladı

Çinli hakerlər kiberhücum nəticəsində ABŞ hərbi dəniz qüvvələrinə aid sualtı qayıqların tərtibatı ilə bağlı məxfi sənədlərə giriş əldə edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar ABŞ-ın hərbi podratçı şirkətinin kompüter şəbəkəsini sındırıb və faktiki olaraq bütün məlumat bazasına yiyələnib.

Kiberhücum yanvar-fevral ayları ərzində baş versə də, ABŞ mətbuatı bu haqda məlumatı yenicə əldə edib.

Rusiya Suriyanı bombalayıb: 44 ölü

Rusiya hərbi hava qüvvələrinin İdlib vilayətinin Zərdan yaşayış məntəqəsinə endirdiyi aviazərbələr nəticəsində 44 nəfər həlak olub.

Xudaferin.eu “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə qrupu (SOHR) məlumat yayıb.

İyunun 7-də qeydə alınan hava zərbələri nəticəsində ölənlərdən 11-i qadın, altısı uşaqdır.

Yaralı sayının 60 olduğu deyilir.  Rusiyanın müdafiə nazirliyi xəbəri təkzib edərək ölkənin hərbi təyyarələrinin həmin bölgədə heç bir  hava reydində iştirak etmədiyini bildirib.

Kəndimiz işğaldan azad edildi – RƏSMİ + FOTO

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.