05 May 2018

Erməni tarixçi: “Soyqırımda” türkləri günahlandırmaq səfehlikdir

Ermənistanlı tarixçi, ədəbiyyatşünas və bloger Filip Ekozyans öz “Facebook” səhifəsində erməni xalqına video müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, Ekozyans öz müraciətində, Ermənistanda bir liderin başqa bir lideri əvəz etməsinin xeyirsiz bir əməl olduğunu bildirib.

Onun sözlərinə görə, “Marmot günü” filmində olduğu kimi, ölkədə heç nə dəyişməyəcək, hər şey təkrarlanacaq.

Tarixçi əmin edir ki, Ermənistanın çiçəklənməsi üçün yeganə yol, Türkiyə və Azərbaycanla qardaş münasibətlərin bərpa olunmasıdır.

Rusiyada kütləvi etirazlar başlayıb

Rusiyada siyasətçi Aleksey Navalnının təşkilatçılığı ilə etiraz aksiyaları başlayıb. 

Xudaferin.eu bununla bağlı “Vedemosti” nəşrinə istinadla xəbər verir.

Aksiyalar Vladivostok, Cənubi Saxalin, Xarabrovsk, Tomsk, Barnaule, Novosibirsk və İrkutsk şəhərlərində keçirilir. 

Aksiyalar “O, bizim çarımız deyil” şüarları altında keçirilir və mayın 7-də baş tutacaq Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti daşıyır. 

Xudaferin.eu

ABŞ-da hərbi təyinatlı plutonium yoxa çıxıb

ABŞ-ın Aydaho dövlət universitetinin əməkdaşları onların sərəncamında olan hərbi təyinatlı plutoniumun bir parçasını itirib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Live Scienceco” ABŞ-ın nüvə tənzimləmə komissiyasının bəyanatına istinadən məlumat yayıb.

Sonuncu dəfə radioaktiv maddənin uçotu 2004-cü ildə aparılıb. Həmin vaxt hər birində bir qram olan 14 plutonium-239 parçası sonradan basdırılması üçün qoruyucu məhfəzəyə yerləşdirilib. Bundan sonra plutonium haqqında qeyd məlumat bazasından silinib

Həmin parçanın yeri barədə heç bir məlumat yoxdur.

Perunun Azərbaycana yeni səfiri təyin edildi

Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

Xudaferin.eu-nun məlumatına görə, bununla bağlı müvafiq sənədi Peru prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

Xudaferin.eu

Putin Paşinyanla görüşə hazırlaşır

Kremldə Rusiya prezidenti Vladimir Putinlə Ermənistandakı etirazçıların lideri Nikol Paşinyan arasında görüşün təşkili üçün tədbirlər davam edir. 

Xudaferin.eu xəbər verir ki, görüşün hazırlanması ilə bağlı Rusiya prezidentinin mətbuat xidməti ilə dostluq əlaqəsində olan “Exo Moskva” radiostansiyasının redaktoru Aleksey Venediktov məlumat verib. 

Venediktov qeyd edib ki görüş mayın 14-də Soçi şəhərində keçiriləcək. 

Görüşün keçirilməsini Ermənistandakı Məxməri İnqilabın liderinin mətbuat katibi Tiqran Avinyan da istisna etməyib.

İsrail BMT Təhlükəsizlik Şurasına daxil olmaq istəmir

İsrail bu il BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük yeri uğrunda mübarizə aparmayacaq.

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı İsrailin BMT-dəki daimi nümayəndəliyi məlumat verib. 

“Aparılan danışıqlardan sonra BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı namizədliyimizi ləğv etdik”, - bəyanatda deyilir. 

BMT Təhlükəsizlik Şurasının 2019-2020-ci il üçün qeyri-daimi üzvlüyünə seçkilər BMT Baş Assambleyasının 8 iyunda baş tutacaq iclasında keçiriləcək.

Xudaferin.eu

ABŞ ikinci hərbi dəniz donanmasını bərpa etdi

ABŞ 2011-ci ildə ləğv olunmuş hərbi dəniz qüvvələrinin ikinci dəniz donanmasını bərpa edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Donanmanın bərpasında məqsəd rəqabətdə böyük dövlətlərlə ayaqlaşmaqdır.

İkinci donanma ABŞ-ın şərq sahillərində və Atlantik okeanın şimal hissəsində olan gəmilərin, təyyarələrin və quru qüvvələrin operativ və inzibati idarəolunmasını gerçəkləşdirəcək.

London aeroportunda 50 timsah müsadirə olundu—FOTO

Londonun “Hitrou” aeroportunun əməkdaşları əlliyə yaxın timsahı müsadirə edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bir yaşlıq timsahlar Londona Malaziyadan gətirilib. Onlar Kembricşir qraflığında yerləşən sallaqxanaya göndərilməli idi.

Timsahlar daşınma qaydalarının pozulduğuna görə müsadirə olunub. Hər bir konteynerdə dörd timsah daşınmalı olduğu halda, içinə on sürünən yerləşdirilib.

Əlverişsiz şəraitlə əlaqədar timsahlardan biri ölüb.

Yoxa çıxmış təyyarəni axtardılar, qədim gəmiləri tapdılar – FOTO

Radarlardan müəmmalı şəkildə itmiş Malaziya hava yolları şirkətinin MH370 reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsinin axtarışları zamanı tədqiqatçılar 19-cü əsrdə yoxa çıxmış ticarət gəmilərini tapıb.

Oxu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avstraliyanın qərb sahillərindən 2300 km aralıda, Hind okeanın dibində aşkarlanmış Britaniya gəmilərindən birində daş kömür daşınıb. Gəminin çəkisi 1500 tona yaxındır və okeanın 4000 metr dərinliyində toxunulmaz qalıb. Başqa bir gəminin isə dəmir barja olduğu deyilir

Rusiyada İŞİD yaraqlıları həbs olunub

Rusiyanın Yaroslavl vilayətində ölkədə terror aktları törətməyi planlaşdıran beş İŞİD üzvü həbs olunub.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Reyd zamanı terrorçuların qaldığı mənzildən kustar üsulla hazırlanmış partlayıcı qurğular, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatları müsadirə olunub.

Terrorçuların kimliyi və hansı ölkənin vətəndaşları olduğu istintaq sirri saxlanılır.

Xudaferin.eu

Xalq Artisti Fuad Poladov dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Xudaferin.eu xəbər verir ki, görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq Artisti Fuad Poladov dünyasını dəyişib. 1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.

O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.