07 April 2018

Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ilin ilk 2 ayı ərzində ölkədə 184 yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 43-ü ölümlə nəticələnib. Ötən ilin analoji dövründə bu rəqəm 84 hadisə olub. Onlardan 19-u ölümlə nəticələnib.

Ölkənin yol polisi profilaktika məqsədilə fevralın 8-dən mobil spidometrlərin tətbiqinə başlayıb.

Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib

Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.

"Report"un məlumatına görə, bu barədə "QNA" agentliyi bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.

"Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidməət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür", - deyə agentlik bildirib.