20 January 2018

20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xacmazdakı olayın detalları

28 il öncə 20 Yanvar faciəsi. Bu faciə yanvarın 18-də baş tutmalı idi. Moskvada hazırlanan ssenari belə idi. Qorbaçov ehtiyatda olan əsgər və zabitlərdən ibarət ordunu Azərbaycana şimaldan daxil etmək əmrini vermişdi. Lakin onlar bunun qarşısını ala bildi...
İki gün sonra Azərbaycan tarixinə qara təqvim olaraq düşən 20 Yanvar baş verdi, əliyalın insanlar qətlə yetirildi. Bakı küçələrini o vaxta qədər susəpən maşınlar yuyurdu. Həmin gün isə tanklar qanla suladı...

Erməni generalını qovan admiralın 20 Yanvarla bağlı açdığı sirlər

1990-cı il 20 yanvar hadisələrini Rusiya mətbuatında - "İzvestiya" və "Krasnaya zvezda" kimi qəzetlərdə, "Oqonyok" jurnalında işıqlandıran, donanma admiralı Vladimir Çernavinlə qalmaqallı müsahibəyə imza atan, bütün SSRİ-də səs-küyə səbəb olan məqalələrlə çıxış edən azərbaycanlı jurnalist Vasif Səmədovun Publika.az-a müsahibəsi.
- O vaxt informasiya blokadasının başladığı ərəfədə siz rus mətbuatında bu hadisələrə işıqlandırmağa nail oldunuz, səs-küylü "Müdaxilə" silsiləsini yaza bildiniz. Buna necə nail oldunuz?