02 January 2018

Qəzza zolağından İsrailə raket zərbəsi endirilib

İsrail hərbçiləri Qəzza zolağından ölkə ərazisinə raket atəşi qeydə alıblar.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə RİA Novosti İsrail ordusunun Twitter səhifəsinə istinadən məlumat yayıb.     

İnsident nəticəsində zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd edək ki, rəsmi Tel-Əviv son bir ay ərzində bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti “Həmas” hərəkatının üzərinə qoyub.

Xudaferin.eu

Milli Məclisin yeni ildə ilk iclasının vaxtı müəyyənləşdi

zərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib.

Xudaferin.eu-nun APA-ya istinadən məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.

Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.

Xudaferin.eu

ABŞ səfiri Pakistan XİN-ə çağırıldı

ABŞ prezidenti Donald Trampın ittihamlarından sonra Birləşmiş Ştatların Pakistandakı səfiri Devid Xeyl bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “The News International” nəşri məlumat yayıb.

Trampın tənqidlərini müzakirə etmək üçün ölkənin baş naziri Şahid Hakan Abasi yanvarın 2-də hökumətin iclasını keçirəcək.

Bundan əvvəl Donald Tramp Pakistanı ABŞ pullarından istifadə edərək terrorçulara sığınacaq verməkdə ittiham edib.

Xudaferin.eu

Cənubi Koreya Şimala danışıqlar təklif etdi

Cənubi Koreya ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün KXDR-ə .(Şimali Koreya) yanvarın 9-da yüksək səviyyədə danışıqlar keçirilməsini təklif edib.

Xudaferin.eu-nun BBC-yə istinadən məlumatına görə, görüşdə tərəflər Şimali Koreyanın 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını müzakirə edəcəklər.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, onun ölkəsi Qış Olimpiya Oyunlarında iştirak edəcək.

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının təşkilat komitəsi KXDR-in bu qərarını alqışlayıb.

Xudaferin.eu

Tanınmış hüquq müdafiəçisi ölü tapılıb

Kiyev ətrafında üç gün əvvəl itkin düşən ukraynalı hüquq müdafiəçisi İrina Nozdrevskayanın meyiti tapılıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “Ukrayna 112” telekanalına DİN nümayəndəsi İlya Kiva məlumat verib.

İlkin istintaq zamanı məlum olub ki, meyiti körpüdən atıblar. Hüquq-mühafizə orqanları hadisəni İrinanın peşəkar fəaliyyəti ilə əlaqələndirirlər.

Suriyada üç gündə üç general öldü

Suriyada üç gün ərzində üç briqada generalı öldürülüb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan “WarJournal” Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, yanvarın 2-də Suriya Ərəb Ordusunun generalı Həbib Mahrez Yunis öldürülüb. O Haras rayonunda döyüşlər zamanı həlak olub.

Bundan əvvəl üsyançılarla toqquşmalarda general Əli Diopun öldürülməsi barədə məlumat verilmişdi.

Dekabrın 31-də isə hərbi baza uğrunda döyüşlərdə Quru Qoşunların generalı Məhəmməd Cenad həlak olmuşdu.

Xudaferin.eu

​Suriyada qızğın döyüşlər gedir

Suriyanın paytaxtı Dəməşq yaxınlığında orduyla müxaliflər arasında qızğın döyüşlər gedir.

Xudaferin.eu-nun məlumatına görə, döyüşlər 3 gün əvvəl başlayıb. Hər iki tərəf itkilər verib.

Həmçinin orduya məxsus hərbi təyyarələr mühasirə altında olan Harasta bölgəsində onlarla hücum təşkil edib.

Ümumilikdə son 3 gündə 35 mülki vətəndaş, 24 əsgər və 29 silahlı öldürülüb.

Xudaferin.eu

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəaliyyətini gücləndirəcək

İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək.

Xudaferin.eu ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

A.Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:

İrandan DƏHŞƏTLİ xəbərlər gəlir: Aksiyalar nəzarətdən çıxıb - 28 ölü / VİDEO

İranda davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Ölənlər arasında polis əməkdaşları da var.

Şahidlər aksiya keçirilən ərazilərdə tez-tez silah səslərinin eşidildiyini bildirib.

Xatırladaq ki, aksiyalar ötən həftə başlayıb. Narazı kütlə yüksək inflyasiya, işsizlik və qiymət artımı etiraz edir.

Xudaferin.eu

Ankarada silahlı hücum - Ölənlər var

Ankaranın Mamak rayonunda 3 naməlum şəxs qəhvəxanaya silahlı hücum təşkil edib.

Xudaferin.eu-nun məlumatına görə, maskalı şəxslərin qəhvəxanadakılara atəş açması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hücumu təşkil edən şəxslər gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

Polis araşdırma aparır.

Xudaferin.eu

Vətəndaşlara xəbərdarlıq SMS-ləri - Bu gündən etibarən nə etməli olduğunuzu bilirsiniz?

Dekabrın sonlarında vətəndaşlara Vergilər Nazirliyindən SMS gəlib. Bildirilib ki, 01.01.2018-ci ildən etibarən fərdi sahibkarlara mal, iş və xidmət təqdim edərkən e-qaimə-faktura verilməlidir.

Redaksiyamıza daxil olan müraciətlərdə bildirilir ki, vətəndaşlar bu mesajın nə məna verdiyini anlamırlar. Bunu nəzərə alaraq, Sputnik Azərbaycan Vergilər Nazirliyinə müraciət edib. Nazirlikdən həmin mesajın hansı məna verdiyinə və necə həyata keçiriləcəyinə aydınlıq gətirilib.

Fransada polisə hücum edildi

Fransanın hüquq-mühafizə orqanları Yeni İl ərəfəsində böyük bir qrupun tərkibində polis patruluna hücum edən üç nəfəri saxlayıb.

Xudaferin.eu-nun TASS agentliyinə istinadla verdiyi məlumata görə, hadisə Parisin yaxınlığında yerləşən Şampinyi-sür-Marn şəhərində baş verib. Hücumda əlli nəfərə yaxın insan iştirak edib.

Hücum edənlər polis avtomobilini çevirərək onun içərisində olan polisləri maşından çıxarıb və onlara ağır xəsərətlər yetirib.

“WhatsApp” bu telefonlarda işləməyəcək - BU GÜNDƏN / Video

"WhatsApp” istifadəçilərinə xəbərimiz var. Bu gündən etibarən bir çox smartfonlar bu sistemi dəstəkləməyəcək. Dünyanın ən böyük mesencer şirkətlərindən biri olan vatsapın son yeniliklərini bir çox smartfonların əməliyyat sistemi dəstəkləmədiyindən sistem bu telefonlarda işləməyəcək.

1 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük mesajlaşma şəbəkələrindən biri olan vatsap yeni ildən etibarən bəzi telefonlarda işləməyəcək.