04 November 2017

Həbsdən az öncə Heydərovla görüş?!

 

 

Mehman Əliyev ətrafında əməliyyatın daha bir sirri

Xəbər verdiyimiz kimi, “Turan” İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib. Vəkil Fuad Ağayevin sözlərinə görə, qərar istintaq orqanı tərəfindən verilib. Agentliyin internet səhifəsində də bu barədə məlumat yerləşdirilib. Cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan Mehman Əliyev rəsmi məlumat göndərilib.

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır

 

Məhkəmə vəkillərin yalnız bir vəsatətini təmin edib. Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə bloger Mehman Hüseynovun işinə yenidən baxılmasına başlanılıb. Bu il sentyabrın 29-da Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və onun şikayəti Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Xocalı qadınları CNN telekanalının aparıcısına məktub göndərdi

 

Xocalı qadınları və Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar CNN-in aparıcısı, baş aşpaz, yazıçı Entoni Bourdayna məktub göndərilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasından verilən məlumata görə, məktubda 1991-94-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə edilən hücum barədə məlumat verilib.
 

Baş konsul: “İşğalçılıq nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilərək regional layihələrdən kənarda qalıb”

 

İşğalçılıq nəticəsində bu gün Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib, bütün regional meqa-layihələrdən kənarda qalıb. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, bunu ölkəmizin Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasında Azərbaycana dair təqdimatla çıxışında deyib.

 

Dilqəmlə Şahbazın azad edilməsilə bağlı Fransada petisiya başlanıb:

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova və qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.
 

“iPhone X” üçün növbələr: smartfonların rəsmi satışına başlanılıb

 

“Apple” kompaniyasından növbəti yenilik işıq üzü görüb. Noyabrın 3-də bütün dünya ölkələrində “iPhone X” smartfonlarının rəsmi satışına başlanılıb.

“Apple”ın yeni qurğusunun satışına ilk olaraq Avstraliyada start verilib. Ona hamıdan tez sahib olanlar mağazanın girişində bir neçə gün növbədə dayanıblar. “iPhone” smartfonunun 10-cu modelinin rəsmi qiyməti 1100 avrodan bahadır. O, sentyabrın 12-də Tim Kuk tərəfindən“ iPhone 8” və “iPhone 8 Plus” modelləri ilə birgə təqdim edilib.

Türküstanda, Əhməd Yasəvi yurdunda...

 

Uluslararası Türk Kültür Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə artıq beş ildir ki, quruma üzv respublikaların bir şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilir. 2012-ci ildə Qazaxıstanın paytaxtı Astana ilə başlayan bu ənənə Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan) şəhərlərini əhatə edib. 2017-ci ildə isə Qazaxıstanın Türküstan (Yesi) şəhəri bu missiyanı öz üzərinə götürüb.
 

Bəstəkar Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

 

Noyabrın 4-də “Moskva payızı” 39-cu Beynəlxalq müasir musiqi festivalı çərçivəsində İrkutsk Vilayət Filarmoniyasında “Anqara sahillərində Moskva payızı” adlı konsert proqramı təqdim ediləcək.
 

İrkutsk Filarmoniyasının saytında yer alan məlumata görə, konsertin proqramına bəstəkar, əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Elitist (moz)art” əsəri də daxil edilib. Əsəri İrkutsk Qubernator Simfonik Orkestri səsləndirəcək.