Bu gün Ağdam azad olunur

Ermənilərin “Qafqaz Xrosiması və ruhlar şəhəri”nə çevirdiyi Ağdam əsl sahibinə qayıdır

Qarabağ üzrə üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-si tarixində Azərbaycana qaytarılmalıdır. BBC və digər bir neçə beynəlxalq media orqanları artıq bir neçə gündür Ağdamdan ermənilərin köçməyə başladığı barədə reportajlar veriblər. Reportajlarda ermənilərin Kəlbəcərdə olduğu kimi Ağdamda da köçərkən evləri, mağazaları yandırdıqları, meşələri talan etdikləri əksini tapır.

Artıq Ağdam rayonuna gedən yol açılıb. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

​Xudaferin.eu “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs yaşadığı evi və ərzaq dükanını yandırıb. O, evinin və dükanın azərbaycanlılara qalmaması üçün bu addımı atdığını bildirib.

Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara isə od vururlar.

Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcəri də tərk edərkən evlərə, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da bu tarix noyabrın 25-dək uzadılıb. Ermənistan Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

Ermənistanın Ağdamla bağlı razılaşmaya əməl edib-etməyəcəyi bu gün bəlli olacaq. Onu da bildirək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 17-də müsahibəsində razılaşmalara əməl edilməməsinin Ermənistan üçün intihara bərabər olacağını deyib.

Ağdam rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Əhalisinin sayı isə 164000-dən çoxdur. Rayonun 122 kəndi var ki, onların da hazırda 87-si işğal altındadır. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olub.

Ağdam rayonu Tarixi haqqında qısa məlumat | My Aghdam - My Azerbaijan

Ermənistanın Azərbaycana qarşı 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar onun əhalisinin üzərinə düşmüşdü.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü il may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Qarabağ uğrunda gedən döyüşlərdə 6000-dən çox ağdamlı şəhid olub. İşğaldan sonra ermənilər Ağdamı tamamilə dağıdıb yandırıblar. Dağıntının miqyası və mənzərəsi o dərəcədə dəhşətlidir ki, Ağdam - “Qafqaz Xrosiması və ruhlar şəhəri” adlandırılır.

İşğaldan əvvəl rayon əhalisinin tamamı Azərbaycan türklərindən ibarət olmuşdur. Hazırda Ağdam əhalisinin böyük əksəriyyəti məcburi olaraq respublikanın digər rayon və şəhərlərində məskunlaşıblar. İndi onlar doğma yurdlarına geri dönməyə hazırlaşırlar.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, doğma rayonunun azad olunacağından keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkir: “Yəqin ki, daha çox üzrxahlıq hissi var, bu qədər gec qayıtdıq. Ağdamımız, doğma kəndim Papravənd bizi bağışlayacaqmı, bilmirəm. Atamın qəbrinə, sonra ata evimizə gedəcəm. Ağdama qayıdış adi qayıdış deyil, əvvəlki nizama qayıdışdı. Arzularımızın çin olması, ermənilərin iflasıdır. Uzatsalar da xeyri yoxdur, artıq gəlirik. Ermənilər yas içərisindədir, Ağdamı məhv edə bilmədilər, Ağdam gəlir, qaça bilsələr qaçsınlar. Ağdam çox tezliklə əvvəlkindən artıq qüdrətə sahib olacaq”.

Rey Kərimoğlu - 53 -QARABAĞ PƏNAHIN OLSUN!

Ağdamdan olan Qarabağ qazisi Rey Kərimoğlu doğma rayonunun azad olunduğunun rəsmən elan olunması anı səbrsizliklə gözlədiyini deyir: “Torpaqlarımızın azad olunması ilə bağlı yaşanan sevinc hissi çox möhtəşəmdir. Sentyabrın sonundan bu hissləri yaşayırıq. Şuşa azad olunanda biz bunun pikini yaşadıq. İndi Ağdamın azad olunmasını səbrsizliklə gözləyirik. Onun sevinci də bir başqadır. İnamım və ümidim var ki, razılaşmanın tələbi reallaşacaq. Kəlbəcərin azad olunmasının yubadılması bizdə bir az narahatlıq yaratdı. İnşallah, Ağdamla bağlı bu vəziyyət təkrarlanmaz. Ağdam geri alınsın və ağdamlılar torpaqlarına qayıtsınlar. Bundan sonra çalışacağıq ki, Ağdamın əvvəlki qüdrətini geri qaytaraq”.

Surət özünü imperator da elan edə bilər, bu, ruhi xəstəliyin əlamətidir"  (REAKSİYA)

Əslən Ağdamdan olan “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov isə bildirdi ki, Ağdamın azad olunacağına ümidini heç zaman üzməyib. Daim ümidlə yaşayıb və artıq gözlədiyi gün gəlib çatıb: “Mən əslən Ağdamdan olsam da Bakıda anadan olmuşam, qeydiyyat da bu şəhərədir. Buna  baxmayaraq, 1993-cü ildən bəri özümü  həmyerlilərim  kimi məcburi köçkün, əzilmiş, dağılmış, qüruru tapdanmış hiss etmişəm. Amma bir gün də olsun Qarabağın, Ağdamın azad olunacağına inamımı itirməmişəm. Bunun üçün münasib siyasi şəraitin yetişəcəyi günün gələcəyinə inanmışam. Müzəffər Ordumuzun, Ali Baş Komandanımızın sayəsində o gün artıq yetişib. Düşmən ərazilərimizi tərk etməyə məcbur edilib. Bu çox qürurverici hissdir. Bizim də artıq ata-baba yurdlarımıza getmək imkanımız olacaq. Köçkünlük tək bir ərazi məsələsi deyil. Bu insanın bir şəxsiyyət kimi formalaşmasına çox mənfi təsir göstərən bir hadisədir. Bu kompleks hər zaman bizi əzib, yıpradıb. Bu gün, nəhayət, biz bu kompleksdən azad olacağıq.

Ağdam rayonu haqqında elektron resurs yaradıldı - FOTO

Kəlbəcərin boşaldılmasına verilən zamanın uzadılması, haqlı olaraq hər kəsdə bir tərəddüd və nigarançılıq yaradıb. Əgər düşmənimizin min bir fitnəsi varsa, bizim də qüdrətli və şanlı Ordumuz, sözünə bütöv Ali Baş Komandanımız var. Düşmənin məkrli havadarları varsa, bizim də qardaş Türkiyəmiz və haqq səsimizə səs verən digər dost dövlətlər  var. İnanıram ki, biz başlatdığımız bu şərəfli işi sona çatdıracağıq. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. İkinci Qarabağ müharibəsində də igid oğulları şücaət göstərib, canlarını qurban veriblər. Ağdamın azad olunması, bütün şəhidlərin ruhlarını şad edəcək. Azad olunandan sonra, şəhər və kəndlər yenidən bərpa olunacaq. Ağdamın əvvəlki qüdrəti özünə qayıdacaq. Ölkəmizin inkişafına, daha da güclənməsinə ağdamlılar daha da yaxşı töhfə verə bilcəklər".

Xudaferin.eu

11:54