Britaniya parlamenti ölkənin Avropa Birliyindən çıxması barədə qanun layihəsinə baxır

Britaniya parlamenti ölkənin Avropa Birliyindən çıxması ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsi qəbul olunsa ölkənin Avropa Birliyindən çıxması ilə bağlı rəsmi prosedura başlanacaq. Avropa Birliyindən çıxmaq məsələsi üzrə nazir Devid Devis bundan əvvəl, Böyük Britaniyanın nüvə sahəsində Avropa Birliyi ilə maksimum yaxın əlaqələr saxlayacağını deyib. O belə bir bəyanatla, enerji xərclərinin artması, yeni atom elektrik stansiyalarının tikintisinin dayandırılması və atom sahəsində beynəlxalq layihələrin reallaşmasının çıtinləşməsi barədə proqnozlordan sonra çıxış edib.

Qeyd edək ki, Britaniya məhkəməsi bu günlərdə qərara aldı ki,, parlamentin razılığı olmadan hökumət ölkənin Avropa Birliyindən çıxması prosesinə başlaya bilməz. Ötən ilin iyuunda Böyük Britaniyada keçirilən referendumda əhalinin 51 faizi ölkənin Avropa Birliyindən çıxmasına səs verib. Analitiklər hesab edir ki, bu Britaniya iqtisadiyyadına pis təsir göstərə bilər. Referendumdan sonra funt-sterliqin məzənnəsi düşür.

Azadliq.org 

11:24