“Böyük yeddilik” toplaşır: Ordu şəhəri təcrid etdi, hər 1,5 sakinə bir polis düşür

 

G7 sammitinin keçiriləcəyi İtaliya şəhəri ətraf aləmdən təcrid edilib.

Siciliyanın Taormina şəhərində 26-27 mayda “Böyük yeddilik” sammitə toplaşacaq. Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin ətraf aləmlə bütün əlaqələri kəsiləcək.  

Ordu şəhəri təcrid edəcək və şəhər üzərində daim helikopterlər təhlükəsizlik uçuşu həyata keçirəcək. Təhlükəsizliyi 7 min əməkdaş qoruyacaq. Şəhərin özündə isə ümumilkdə 11 min əhali yaşayır.

Tədbir günü 170 həkim iş başında olacaq, xilasedici helkopterlər gözləyəcək. İstənilən hücuma qarşı təhlükəsizlik planı da artıq hazırdır. Bura kimyəvi və bioloji hücum da daxildir. G7 sammitinə 20 nümayəndə heyətinin gəlişi gözlənilir. “Böyük yeddilik” ölkələrinə Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi ilə yanaşı Efiopiya, Keniya, Nigeriya, Tunis kimi ölkələrdən də iştirakçılar gələcək. 4 min jurnalist sammitin işini işıqlandıracaq.

Xəzər

Cebhe.info

 

20:16