Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzatdı

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları 6 ay - gələn il iyulun 31-dək uzatmaq qərarını rəsmən təsdiqləyib.
 

Xudaferin.eu  xarici mediaya istinadən xəbər verir ki, bu qərar Ukraynanın şərq regionunda sülhün bərqərar olunmasına dair Minsk razılaşmalarının iştirakçısı olan ölkələr arasında ötən həftə keçirilən görüşdə Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Angela Merkel tərəfindən səsləndirilmişdi.

“Minsk razılaşmaları bütövlükdə yerinə yetirilmədiyi üçün Avropa İttifaqı Şuras Rusiyaya qarşı iqtisadi sanksiyalarını yeniləməklə bağlı siyasi qərarını yekdilliklə təsdiqləyir”, - qurumun açıqlamasında bildirilir.

23:59