Almaniyada Xocalı soyqırımı ilə bağlı flaşmob təşkil edilib

Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburg qapıları önündə yerləşən Paris meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş maraqlı fləşmob təşkil olunub.

Dövlət Komitəsindən Xudaferin.eu  APA-ya istinadən bildirilib ki, fləşmob çərçivəsində meydanda Xocalı yazısını, 613 və 29 rəqəmlərini əks etdirən xüsusi şamlar yandırılıb ki, bu da yerli ictimaiyyətin marağına səbəb olub.

Yerli sakinlərə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, Azərbaycan xalqının bu faciəni heç zaman unutmayacağı bildirilib.

Xudaferin.eu


 

12:21