Ülviyə Hacıbəylinin tələbələrinin konserti

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində əməkdar incəsənət xadimi, professor Ülviyə Hacıbəylinin tələbələri, Bakı Xoreoqrafiya Akademiyasının magistrləri, beynəlxalq müsabiqə laureatları Arzu Hüseynova və Mirxavər Əliyevanın solo konserti keçirilib. Muzeyindən bildirilib ki, konsertdə Q.Qarayev, C.Hacıyev, Niyazi, F.Əmirov, İ.Brams, K.Debüsi, S.Raxmaninovun əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunub. Bakı Xoreoqrafiya Akademiyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin, eləcə də bır sıra muzey əməkdaşlarının qatıldığı tədbir maraqla qarşılanıb.

Xudaferin.eu

13:48