Ukraynanın Avropa İttifaqı ilə vizasız rejimi işə düşüb

 

Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejimin fəaliyyətə başladığını təntənəli şəkildə elan edib.

 

Prezident bu münasibətlə Facebook səhifəsində belə yazıb: “Ukrayna üçün vizasız rejimi işləməyə başladı! Yaşasın Avropa! Yaşasın Ukrayna!”. Avropa İttifaqının qanunvericiliyinə dəyişiklik edilməsi haqqında sənəd mayın 17-də imzalanıb. Yenilik iyunun 11-nə keçın gecə qüvvəyə minir. Sənədə əsasən, Ukrayna vətəndaşları turistik, ailə və sahibkarlıq məqsədləri üçün Şengen zonasına 90 günlük müddətə sərbəst giriş imkanı əldə edirlər.
Qeyd edək ki, Ukraynanın Avropa Birliyi ilə isti münasibətlərinin sonucu olaraq, Doğuya doğru genişlənən Avropa siyasətinin dəstəklənməsi siyasəti bu prosesdə önəmli rol oynamışdır. Ukrayna bununla da Avropa Birliyinin dəstəyi ilə çağdaş inkişaf proseslərinə də birbaşa açıq olduğunu nümayiş etdiribdir. Rusiyanın köhnə imperiya siyasətinin ilk addımı kimi Krım və digər regionlarının işğalı sonucunda Ukraynaya sarsıdıcı zərbələr vurulması düşünüldüyü bir dönəmdə, rəsmi Kiyev hökuməti Avropa Birliyi ilə inteqrasiya sayəsində daha böyük inkişaf mərhələsinə  doğru irəliləməkdədir.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

16:31