UĞUR OLSUN "AZİZ"

Dünən (26.11.2022) Almaniyanın Münhen
şəhərində "AZİZ" Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyasının gözəl və səmərəli tədbiri
keçirildi. Tədbirdə Almaniyada yaşayan
Azərbaycan yəhudilərinin taninmiş ziyalıları,
ictimai xadimləri, tələbələr, elicə də İsraildən və
Azərbaycan gəlmiş qonaqlar da iştirak edirdilər.
"Yəhudi xalqı hər zaman Azərbaycan xalqının
tərkib hissəsi olub və ən ağır günlərdə xalqımızın
yaninda olublar. Yəhudilər həmişə Azərbaycanın
sevincini və kədərini bölüşən xalqıdır.
"AZİZ" Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyası 2007-ci ildə yaranıb və illərdir
Azərbaycan naminə misilsiz xidmətləri göstərir.
"AZİZ" təşkilatı Azərbaycan dövlətinin və xalqının
mövqeyinin İsraildə və dünyanın müxtəlif
ölkələrində yəhudilərə çatdırmaqda böyük işlər
görür.
Dəvətli olduğum tədbirdə cixiş etdim və
qürbətdə azərbaycanlılarla yəhudilərin birgə
uğurlu fəaliyyətlərindən danışdım.
Çıxışının sonunu bu ifadələrlə bitirdim. Biz
türklərlə bir millətin iki dövlətik, yəhudilərlə isə
bir millət iki dinik.
Elmam Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin
sədri, Xudafərin (xudaferin.eu) jurnalının baş
redaktoru.

Xudaferin.eu



15:05