Tərbizli incəsənət xadimi Urmu Gölü böhranı ilə bağlı hakimiyyəti suçladı

 

Təbrizli şair, yazıçı, incəsənət xadimi və universitet müəllimi Fərman Fərzi İran mollakratiya rejiminin prezidenti Həsən Ruhanini Urmu Gölü ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün kəskin tənqid edib.

“Aşıqlar” İncəsənət və Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü Urmu Gölü kənarında bir  Video çəkərək gölün faciəli vəziyyətdə olduğunu deyib. “Urmu gölünün damla-damla qurumasına şahid olab amma onun qarşısını almaq üçün heç bir tədbir almayan məsullara ar olsun. Gölün nicatı ilə bağlı yalançı vədlərlə səs toplayıb prezident olana da ar olsun. Həqiqət budur ki, biz (azərbaycanlılar) İran coğrafiyasında ögey övlad hesab olunuruq. Hansı şərəfli vətəndaş Urmu gölünün bu vəziyyətinə qan ağlamaz?!”- deyə videonun bir hissəsində qeyd olunub.

Fərman Fərzi İranda Azərbaycan kimliyini Urmu Gölünün vəziyyəti ilə müqayisə edərək bildirib ki, “bu bir faciədir və Azərbaycan Türk milləti üçün ciddi xəbərdarlıqdır. Kültür,  kimlik və dilimiz də Urmu Gölü kimi damla damla quruyaraq məhv olmaqdadır.”

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

10:21